Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 10:36
Cənubi Koreyada ötən gün ərzində daha 31 nəfər COVID-2019 koronavirusuna yoluxub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ümumi olaraq ölkədə xəstəliyə yoluxanların sayı 82 nəfərə çatıb.
Yeni yoluxan 30 nəfər Könsan-Pukto əyalətinin və Tequ şəhərinin sakinləridir. Biri isə Seulda yaşayır.
Onlardan 23-ü eyni kilsədə dua edirmişlər. İki nəfər xəstəxanada yoluxub. Qalanlarının necə yoluxduğu məlum deyil.