Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR və SNAM dayanıqlı enerjini təbliğ etmək üçün saziş imzaladılar - FOTO

SOCAR və SNAM dayanıqlı enerjini təbliğ etmək üçün saziş imzaladılar - FOTO

Tarix: 20 Fevral 2020 17:48

Biometan, hidrogen və dayanıqlı nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri, habelə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə bioqazın nəqlinə dair imkanlar araşdırılacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) Sonxeber.net-a verilən məlumata görə, SOCAR və dünyanın qabaqcıl enerji infrastrukturu şirkətlərindən biri olan Snam arasında bərpaolunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş imzalamışlar. Hər iki şirkət TAP konsorsiumunda 20% paya sahibdir və Cənub Qaz Dəhlizinin ən böyük səhmdarlarındandır.

Saziş Romada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İtaliyanın baş naziri Cuzeppe Kontinin iştirakı ilə SOCAR və Snam şirkətlərinin nümayəndələri tərəfindən imzalanıb.

SOCAR və SNAM arasındakı saziş enerji transformasiyası və dövri iqtisadiyyat ilə bağlı olan sahələrdə əməkdaşlığı əhatə edir:

- bioqaz və biometandan istifadənin araşdırılması və inkişafı, həmçinin anaerob emal müəssisələrin yaradılması üçün imkanların araşdırılması. Bu tipli müəssisələrin layihələndirilməsində və tikintisində Snam-ın törəmə şirkəti olan "IES Biogas"ın təcrübəsi tətbiq oluna bilər. SOCAR və Snam bu məsələ ilə bağlı potensial birgə investisiya imkanlarını qiymətləndirməyi planlaşdırır;

- yeni yanacaqpaylayıcı məntəqələri inkişaf etdirməklə və sıxılmış təbii qaz (CNG), maye təbii qaz (LNG) və hidrogendən (H2) istifadə etməklə dayanıqlı nəqliyyatın dəstəklənməsi. Snam-ın törəməsi olan "Cubogas" bu layihəyə cəlb oluna bilər. Avtomobil istehsalçıları ilə əməkdaşlığın qurulması və avtomobillərin modifikasiya olunması da mümkündür;

- hidrogen istehsalı və müvafiq infrastrukturun inkişafı üçün mövcud imkanların araşdırılması.

Snam-ın baş direktoru Marko Alvera deyib: "Bu layihə vasitəsilə Snam və SOCAR Azərbaycanda enerji transformasiyası və dövri iqtisadiyyata töhfə verərək, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər. Bundan başqa, biometan və hidrogenin inkişafı Cənub Qaz Dəhlizi və TAP kəməri vasitəsilə bərpaolunan qazların nəqli üçün yeni imkanlar yarada bilər və beləliklə etibarlı və çevik təchizat ilə yanaşı ekoloji davamlılığı artırar".

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: "SOCAR ətraf mühitə neqativ təsirlərin minimuma endirilməsi üzrə fəaliyyətində əhəmiyyətli ddımlar atmışdır. Bu saziş enerji sənayesində davamlılığa doğru atılan daha bir mühüm addımdır. Bu addımın məqsədi ekoloji cəhətdən təmiz bir iqtisadiyyat yaratmaq, qlobal istiləşmənin məhdudlaşdırılmasına töhfə vermək , insanların rifah halının və həyat səviyyəsinin dayanıqlı inkişafına nail olmaqdır."


Etiketlər:  SOCAR SNAM dayanıqlı enerjini təbliğ etmək üçün saziş imzaladılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ