Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaqlar üçün “Xonçalı Novruz gəlir” tamaşası hazırlanıb

Uşaqlar üçün “Xonçalı Novruz gəlir” tamaşası hazırlanıb

Tarix: 22 Fevral 2020 17:20

Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları "Xonçalı Novruz gəlir" - Kosa və Keçəlin sərgüzəştləri adlı maraqlı, musiqili və əyləncəli nağıl tamaşa ilə sevindirəcək.

Martın 21-də milli bayramımız Novruz münasibətilə Sarayın səhnəsində möhtəşəm bayram konserti keçiriləcək. Hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirdəcəklər.

Bundan əlavə, uşaqlar Kosa və Keçəlin məzəli deyişmələrindən ibarət səhnəcikləri, milli və müasir rəqsləri izləyə biləcəklər.

Saat 13:00-da başlayacaq konsertin biletlərinin qiyməti 6-25 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31

Milli.Az


Etiketlər:  Uşaqlar üçün Xonçalı Novruz gəlir tamaşası hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ