Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suya batmış şəhər - Heraklion

Suya batmış şəhər - Heraklion

Tarix: 22 Fevral 2020 22:30

Antik şəhər Heraklion Paris Avropa Sualtı Arxeologiya İnstitutunun təsisçisi Frenk Qoddionun rəhbərlik etdiyi arxeoloqlar qrupu tərəfindən Misirdə üzə çıxarılıb.  

Sonxeber.net seanews.az-a istinadən bildirir ki, qədim Heraklion şəhəri dəniz səviyyəsindən cəmi 1 metr hündürlüyündə olan bir sahədə salınıb. Misir sivilizasiyasının giriş qapısı olan və yunanlar tərəfindən Thonis adıyla da tanınan bu qədim şəhər 1200 il öncəyə qədər sirli bir şəkildə yer üzündən yoxa çıxmışdı. İndi bu şəhər Abukir körfəzində, 6 metr dərinliyində dəniz dibindədir.

Suyun altında tapılan qalıqlar isə bunlardır: 64-dən çox gəmi qalıqları, qızıl sikkələr, bürünc və daşdan düzəldilmiş ölçü kütlələri, 5 metr hündürlüyündə olan heykəllər, antik yunan və antik misir dillərində yazılmış daş lövhələr, 700-dən artıq gəmi lövbəri. Bunlardan əlavə çox sayda irili-xırdalı əhəng daşından düzəldilmiş qəbirlər də tapılıb. Bu qəbirlərin içində isə mumyalanmış heyvanlar olduğu düşünülür. Arxeoloq Qoddio bu sualtı arxeologiya işlərinin hələ ən azı 200 il davam edəcəyi barədə bəyanat verib.


Etiketlər:  Suya batmış şəhər Heraklion


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ