Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 10:42
10:28
İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 5,7 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 09:22 dəqiqədə 6 km dərinlikdə qeyd alınıb.
Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.
Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.
Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.
----------
09:16
İranın Kerman vilayətində 4 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, zəlzələ fevralın 23-ü yerli vaxtla saat 04:42-də qeydə alınıb.
Məlumata əsasən, yeraltı təkanlarının ocağı 21 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentri Fəryab rayonundan 14 kilometr məsafədə olub.
İnsan itkisi haqda məlumat verilməyib.