Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” 5 qat zum xüsusiyyətinə malik smartfon kamerası hazırlayıb

“Samsung” 5 qat zum  xüsusiyyətinə malik smartfon kamerası hazırlayıb

Tarix: 23 May 2019 11:04

“Samsung Electro-Mechanics” (SEM) şirkəti smartfonlar üçün 5 qat zum xüsusiyyətinə malik fotomodul hazırlayıb. Artıq sensorun kütləvi istehsalına başlanılıb. Sözügedən yeniliyin birinci təqdimatı avqustda gözlənilən “Galaxy Note” planşetofonuna quraşdırılacağı gözlənilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, modulun qalınlığı 5 mm-dir.

 

Cari ilin yanvarında “Samsung” şirkəti smartfonlar üçün İsrailin kamera istehsalçısı “Corephotonics” şirkətini satın almışdı. Razılaşmanın dəyəri təxminən 155 milyon dollar olub. Güman ki koreyalılar İsrail şirkətinintexnologiyasını yeni fotomodulda tətbiq ediblər.

 

Emil Hüseynov




Etiketlər:  Samsung xüsusiyyətinə malik smartfon kamerası hazırlayıb


RƏYLƏR