Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə sədri: Məişət zorakılığı cəmiyyət tərəfindən həmişə mənfi qarşılanır

Komitə sədri: Məişət zorakılığı cəmiyyət tərəfindən həmişə mənfi qarşılanır

Tarix: 23 May 2019 11:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Qadınlara qarşı zorakılıq şəxsi ailə məsələsi kimi qəbul edilə bilməz, çünki onun fəsadları cəmiyyətdə hər kəsə təsir edir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, qadınlara qarşı zorakılığın nəsillərarası fəsadları da var ki, bura uşaqların təhsil göstəricilərinin aşağı olması, zorakılığa məruzqalma, boşanma səviyyəsinin artması, ailələrin dağılması, qeyri-stabil yaşayış yeri və digər təsirlər daxildir:

"Qadına qarşı zorakılığın olması yoxsulluğun qarşısının alınmasına mane olur, məşğulluq və məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir. Məişət zorakılığı cəmiyyət tərəfindın həmişə mənfi qarşılanır. Məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması istiqamətində müvafiq dövlət orqanları vətəndaş cəmiyyətləri və beynəlxalq qurumlarla birgə layihələr həyata keçirir. Bu sahədə qanunvericilik daim təkmilləşir, sosial proqramlar həyata keçirilir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Komitə sədri Məişət zorakılığı cəmiyyət tərəfindən həmişə mənfi qarşılanır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ