Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 23:42
Xəzər rayonunda ikisi uşaq olmaqla, üç nəfər qaynar suyun dağılması səbəbindən yanıq xəsarətləri alıb. 32 yaşlı ana 3 və 5 yaşlarında olan uşaqları ilə birgə aşağı ətrafların ikinci və üçüncü dərəcəli termik yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Azyaşlı uşaqların olduğu evlərdə əksər hallarda yaşanan belə hadisələrə qarşı valideynlərin bir çoxu ilkin tibbi yardım kimi nə etməli olduğunu bilmir. Bu da yanıq dərəcəsənin və ağrının daha da ağırlaşmasına səbəb olur.
Bəs bu kimi hallar qarşısında ilkin olaraq hansı addım atılmalıdır?
Sonxeber.net xəbər verir ki, pediatr Vaqif Qarayev axar.az-a açıqlamasında bildirib ki, yanıq zamanı hər kəs ilk olaraq soyuducuda olan müxtəlif kremləri, kartofu, diş pastasını yara nahiyəsinə çəkir:
"Bu isə qətiyyən doğru deyil. Belə halda həkim ilkin baxışda yanığın dərəcəsini təyin edə bilməyəcək. Həkim gələnədək uşağın əynindəki paltarların bədənə yapışmayan hissələrini kəsib çıxarmaq lazımdır. Yapışan hissələrə isə əl vurmaq olmaz. Yanıq sahəsini soyuq suyun altında tutmaq lazımdır. Bu zaman həm ağrı azalacaq, həm yanıq dərinləşməyəcək. "Pantenol" adlı sprey var, hər evdə olsa yaxşıdır. Yanıq xəsarəti zamanı ilkin yardım üçün əla vasitədir".