Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 00:04
"Fənərbaxça"nın baş məşqçisi Ersun Yanal istefa verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb. Bildirilir ki, Yanalın istefasına Türkiyə Super Liqasının 23-cü həftəsində "Qalatasaray"a 1:3 hesabı ilə məğlubiyyət səbəb olub.
İddialara görə, Yanal istefa məktubunu "Fənərbaxça"nın prezidenti Ali Koça təqdim edəcək.
Baş məşqçinin istefası barədə rəsmi məlumat verilməyib.