Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Türkiyə arasında gömrük prosedurlarının tezləşdirilməsi nəzərdə tutulur

Azərbaycan və Türkiyə arasında gömrük prosedurlarının tezləşdirilməsi nəzərdə tutulur

Tarix: 25 Fevral 2020 12:24

Azərbaycan və Türkiyə arasındakı ticarətdə gömrük prosedurlarının tezləşdirilməsi nəzərdə tutulur.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə özəl olaraq Türkiyə İxracatçılar Məclisindən bildiriblər.

Məlumatda deyilir ki, bunun üçün 2020-2021-ci illər ərzində hər iki ölkə xarici ticarət
əməliyyatlarının rəqəmsallaşması sahəsində əməkdaşlıq edəcək: "Bu sahədə əməkdaşlıq çərçivəsində hər iki ölkənin xarici ticarət əməliyyatlarında tələb etdiyi sənədlər rəqəmsal bazada yerləşdiriləcək. Bu da öz növbəsində ticarət mallarının gömrük məntəqəsinə gəlmədən öncə yoxlanılmasına və daha az vaxt itkisinə səbəb olacaq.

Qeyd edək ki, 2019-cu ilin yekunlarına əsasən, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 2,033 milyard dolları keçib.

2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana ixrac 2019-cu ilin yanvarı ilə müqayisədə 33,58 faiz artaraq 118,318 milyon dollar təşkil edib.

Hesabat dövründə İstanbuldan Azərbaycana ixrac 45,49 faiz artıb və 69,667 milyon dollar, Ankaradan Azərbaycana ixrac 8,61 faiz artıb və 6,31 milyon dollara bərabər olub.


Etiketlər:  Azərbaycan Türkiyə arasında gömrük prosedurlarının tezləşdirilməsi nəzərdə tutulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ