Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 15:33
Bu, mənim imicimdir. Dəyişməyi düşünmürəm. Bir dəfə saçlarımı qara etdim, amma yaxşı deyildi. Hər dəfə mənə yazırlar dəyişin. Ancaq belə bir fikrim yoxdur.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynallı İnstaqram-da canlı yayımda deyib. Aktrisa saç rəngini heç vaxt dəyişməməsi ilə bağlı sualları cavablandırıb.
Zeynallı son günlər xeyli çəki alması ilə bağlı fikirlərə "Kökəlməmişəm, əksinə arıqlamışam. Üzdən dolu olduğum üçün elə düşünürlər" reaksiyasını verib.
Aktrisaya şəxsi həyatı ilə bağlı suallar da ünvanlanıb. Zeynalova "Həyat yoldaşınız var" sualına "Soyadıma görə elə düşünürlər. Həyat yoldaşım var, sadəcə, soyadım başqadır. Amma sənəd üzərində yoldaşımın soyadındayam" sözlərini bildirib.
V.Zeynallı son günlər heç bir film və serialda çəkilməməsinin səbəbini açıqlayıb:
"İstəmirəm. Ciddi işlə məşğul olmaq istəyirəm. Yaxşı iş olsun işləyəcəm. Xoşuma gələn film olsa çəkiləcəm".