Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Di Mariya ''Mançester Yunayted''ə nifrət edir''

''Di Mariya ''Mançester Yunayted''ə nifrət edir''

Tarix: 25 Fevral 2020 18:32

PSJ-nin qapıçısı Martsin Bulka komandanın yarımmüdafiəçisi Di Mariyanın "Mançester Yunayted"ə qarşı münasibətindən danışıb.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun İngiltərə təmsilçisinə nifrət etdiyini bildirib:

"Di Mariya "Mançester Yunayted"ə nifrət edir. Orada keçirdiyi müddətdə yaxşı xatirələri yoxdur. Hər dəfə onların oyununu TV-də gördükdə kanalı dəyişməyi xahiş edir".

33 yaşlı futbolçu 2014-cü ilin yayında "Real Madrid"dən "Mançester Yunayted"ə keçib. Ancaq o, bir il sonra PSJ-yə transfer olundu.

Cari mövsümdə Di Mariya PSJ üçün 35 matç keçirib və 12 qol vurub.


Etiketlər:  Mariya Mançester Yunaytedə nifrət edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ