Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Android telefonları artıq iPhone-lardan daha təhlükəsiz ola bilər

Android telefonları artıq iPhone-lardan daha təhlükəsiz ola bilər

Tarix: 25 Fevral 2020 23:16

Bu günə qədər iOS əməliyyat sistemli iPhone-ların Android təminatlı smartfonlardan daha etibarlı olduğu deyilirdi. Bu, həqiqətən, belədirmi?

Kiber təhlükəsizlik mütəxəssisləri yeni hesabat yayımlayıblar.

Hesabata görə, təhlükəsizlik baxımından bir çox Android təminatlı telefonlar, xüsusən də Huawei smartfonları iPhone-lardan üstündür.

iPhone-ların şifrəsi güclü vasitələrlə qırıla bilər.

Bildiyimiz kimi, FTB Apple-dan bəzi cinayətkarların iPhone-larına daxil olmaq üçün kömək etmələrini istəmişdi. Lakin şirkət gizlilik səbəbi ilə FTB-nin bu tələbini rədd etmişdi. Şirkət nümayəndələrinin bu qərarı ABŞ prezidenti Donald Trampın tənqidinə də səbəb olmuşdu.

Ancaq cib telefonları və mobil qurğular üçün məlumat çıxarma, ötürmə və analiz cihazları istehsal edən İsrail şirkəti "Cellebrite" hazırladığı bir vasitə sayəsində bütün iPhone modellərini asanlıqla deşifrə edə bilir. FTB bəzi hallarda, hətta İsrail şirkətindən kömək alır.

Android telefonlara gəldikdə İsrail şirkətinin bu vasitəsi işə yaramayıb. "Google Pixel 2" və "Samsung Galaxy S9" kimi telefonlarda sınaqdan keçirilən proqram telefonlarda bir çox məlumatı ələ keçirə bilməyib. "Huawei P20 Pro" modelində də sınanılan cihaz telefondan heç bir məlumat əldə edə bilməyib.

Rəqəmsal məhkəmə-tibb eksperti Rex Kiser: "Əvvəlcə iPhone modellərinin şifrəsini qıra bilmirdik. Ancaq bu gün bir çox iPhonun şifrələrini qıra bilirik. Maraqlısı odur ki, Android telefonlarının şifrələrini qırmaq cəhdlərimiz boşa çıxır '', - deyə bildirib.


Etiketlər:  Android telefonları artıq iPhone lardan daha təhlükəsiz bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ