Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ferrari'' 2 mindən artıq avtomobili geri çağırır

''Ferrari'' 2 mindən artıq avtomobili geri çağırır

Tarix: 23 May 2019 15:28

Bakı. Trend:

"Ferrari" avtomobil markası Çin bazarında 2071 avtomobilini geri çağırır.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, avtomobillərin geri çağırılmasına səbəb təhlükəsizlik yastıqlarında aşkarlanan problem olub.

Bildirilir ki, avtomobillərin geri çağırılması prosesi cari ilin iyul ayının 1-dən başlayacaq, 2013-cü ilin aprel ayının 8-dən 2017-ci ilin noyabr ayının 28-dək buraxılan və Çinə idxal edilmiş avtomobillərə şamil ediləcək.

Bundan əlavə qeyd edilir ki, söhbət Yaponiya şirkəti "Takata"nın istehsal etdiyi təhlükəsizlik yastıqları olan avtomobillərdən gedir.

Şirkət ödənişsiz əsasda texniki nasazlığı aradan qaldıracaq və lazımi detalları əvəz edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ferrari mindən artıq avtomobili geri çağırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ