Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasında maskalı fanatlar - FOTO

Çempionlar Liqasında maskalı fanatlar - FOTO

Tarix: 26 Fevral 2020 17:46

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Napoli" - "Barselona" matçında (1:1) tribunalarda maskalı fanatların çoxluğu diqqət çəkib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İtaliyada koronavirus xəstəliyi yayıldığından azarkeşlər bu addımı atıb. Bu problem səbəbindən A seriyasının bəzi oyunları təxirə salınıb, bir sıra matçların isə azarkkeşsiz oynanılmasına qərar verilib.

Amma bu, ÇL-in "Napoli" - "Barselona" matçına təsir etməyib. Çünki Neapol virusun yayıldığı şəhərlərdən xeyli uzaqda yerləşir. Buna baxmayaraq, fanatlar ehtiyat tədbiri kimi dünənki görüşə kütləvi halda maska taxaraq gəliblər.


Etiketlər:  Çempionlar Liqasında maskalı fanatlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ