Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı və Abşeronda toz dumanı müşahidə edilir - Normadan 2,6 dəfə çox

Bakı və Abşeronda toz dumanı müşahidə edilir - Normadan 2,6 dəfə çox

Tarix: 26 Fevral 2020 19:54

"Hazırda Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.

O deyib ki, hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir.

R.Bağırov qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2,6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.


Etiketlər:  Bakı Abşeronda dumanı müşahidə edilir Normadan dəfə çox


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ