Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 08:54
Türkiyə ordusu iki hərbçisinin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Məlumata əsasən, zərbələr nəticəsində 114 Suriya hərbçisi zərərsizləşdirilib, 1 zenit-raket kompleksi, 3 tank və bir sıra texnika məhv edilib, 3 tank ələ keçirilib.
Xatırladaq ki, daha əvvəl Suriyanın hökumət ordusu İdlib deeskalasiya zonasında Türkiyə hərbçilərinin mövqeyinə hava zərbəsi endirib. Hava zərbəsi nəticəsində 2 Türkiyə hərbçisi həlak olub, 2-si isə yaralanıb.