Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabiq maliyyə naziri şirkəti idarə edəcək

Sabiq maliyyə naziri şirkəti idarə edəcək

Tarix: 27 Fevral 2020 23:52

Cənubi Koreyanın sabiq maliyyə naziri Park Jae-wan Samsung-un ötən il həbs edilən idarə heyəti sədrinin yerinə keçib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, o, Samsung-da 2016-cı ildən direktor vəzifəsində çalışıb. 65 yaşlı yeni sədrin firma və idarəçilik haqqında böyük təcrübəyə sahib olduğu söylənilir.

Seul Milli Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Harvardda doktorantura oxuyan Park 2010-2011 illərdə Cənubi Koreyanın maliyyə naziri olub.

Məlumat üçün bildirək ki, idarə heyəti sədri Samsung-un gündəlik fəaliyyətindən məsul olmasa da, idarə heyətinin iclaslarına sədrlik edir və investisiya planlaması kimi vacib qərarları təsdiq edir.

Qeyd edək ki, martın 18-də təşkil ediləcək səhmdarların ilik iclasında Samsung-un icraçı direktorları təyin olunacaq.

Xatırladaq ki, Samsung-un bundan əvvəlik idarə heyətinin sədri Lee Sang-hoon ötən il həmkarlar ittifaqının fəaliyyətinə müdaxilə etdiyi üçün həbs edilib.


Etiketlər:  Sabiq maliyyə naziri şirkəti idarə edəcək


RƏYLƏR