Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində yeni növ koronavirusa yoluxanların sayı 78,8 minə yüksəlib

Çində yeni növ koronavirusa yoluxanların sayı  78,8 minə yüksəlib

Tarix: 28 Fevral 2020 08:54

Çin hakimiyyəti gün ərzində koronavirus xəstəliyinin 327 yeni hadisəsini qeydə alıb, 44 nəfər ölüb. Yoluxma hallarının ümumi sayı 78824 olub, onlardan 2788 nəfər ölüb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə və Gigiyena üzrə Dövlət Komitəsi məlumat verib.

Bildirilir ki, 36117 nəfər tamamilə müalicə olunub və evlərinə buraxılıb. Xəstəxanalarda 39919 nəfər qalmaqda davam edir, onlardan 7952-nin vəziyyəti ağırdır.

Hubey əyalətində 318 yeni yoluxma hadisəsi aşkarlanıb ki, bunlardan da 313-ü əyalətin mərkəzi - Vuhan şəhərinin payına düşür. Hubeydə xəstəlik nəticəsində ölən 41 nəfər olub (41-i Vuhanda).


Etiketlər:  Çində yeni növ koronavirusa yoluxanların sayı minə yüksəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ