Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 10:58
"Türkiyənin hərbçiləri Suriyanın İdlib vilayətində aviazərbələrə məruz qalıblar, çünki onlar Suriya ordusunun mövqelərinə hücum edən müxalifət yaraqlıları arasında olublar".
Sonxeber.net TASS-a istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda belə deyilir.
Bəyanata görə, türkiyəli hərbçilər Behun yaşayış məntəqəsinin yaxınlığında aviazərbələrə məruz qalıblar: "Suriya ordusu "Həyat Təhrir əş Şam"ın geniş cəbhə boyu hücuma keçən yaraqlılarına zərbələr endirib. Rusiyanın Hava-Kosmik Qüvvələrinin aviasiyası zərbələrdə istifadə olunmayıb".