Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bunlar insanı qocaldır

Bunlar insanı qocaldır

Tarix: 2 Mart 2020 05:30

İnsanların qocalma sürəti fərqlidir. Bəziləri daha tez, bəziləri isə daha gec qocalır. İnsanın pasport və bioloji yaşı var.

Bioloji yaşı pasport yaşından daha az və ya daha çox ola bilər.

Bəs insanı qocaldan əsas amillər hansılardır?

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, Almaniya alimləri bu mövzuda xüsusi araşdırma aparıblar. Onların müşahidələrinə görə, insanın tez və ya gec qocalması onun genlərindən asılıdır. Lakin bu yalnız genlərdən asılı deyil.

İnsanı qocaldan digər amillər da var:

- hərəkətsizlik

- artıq çəki

- xroniki stress

- qidalı maddələrin (vitamin, minerallar və s.) çatışmazlığı

- siqaret çəkmək

- nəzarət olunmayan və ya pis nəzarət olunan yüksək təzyiq və şəkər

- qanda lipidlərin yüksək səviyyədə olması.

Mütəxəssislər qeyd edir ki, əgər insan bu faktorları aradan qaldıra bilərsə, o, öz yaşından daha cavan görünəcək.


Etiketlər:  Bunlar insanı qocaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ