Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 12:00
Müğənni Natavan Həbibi Elnarə Xəlilovanın təklifini rədd edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, həmkarının musiqi məktəbi açaraq "W-Trio"nun keçmiş solistlərini ora dəvət etməsinə müsbət rəy verməyib.
Natavan keçmiş rəfiqələri ilə eyni layihədə rol almaq istəmədiyini qeyd edib: "Mən istəmirəm. Açıq, səmimi və rahat şəkildə bunu deyirəm. Hər kəs öz işini görsün. Gedin işləyin, duetinizi oxuyun! Nə istəyirsizsə, edin. Məndən uzaq olun. Mən sizinlə bir layihədə olmaq istəmirəm.
Elnarə, şərikli iş olmur. Mən sənə bunu istəyərək deyirəm. Heç kəsi dəvət etmə. Hünərin varsa, bunu et! Sənə kimsə lazım deyil. Yenidən lazımsız söhbətlər, dava-qırğın və işdən inciməyi istəmirəm. Elnarə ilə danışıram. Röya ilə münasibətim yoxdur, olmağını da istəmirəm. Kimin mənimlə problemi varsa, gəlsin, söhbətini etsin. Mənim heç kimlə işim yoxdur. Mənə toxunmayın, öz işinizlə məşğul olun. İmkan verin, öz həyatımı yaşayım".
Qeyd edək ki, pedoqoq kimi fəaliyyətə başlayan Elnarənin çağırışına R. Ayxan müsbət cavab vermişdi. O, "mənə bir otaq ayırsın, dərs keçəcəm" deyə bildirmişdi.