Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dronlar üçün lazer peyk rabitə sistemi sınaqdan keçirilib

Dronlar üçün lazer peyk rabitə sistemi sınaqdan keçirilib

Tarix: 3 Mart 2020 08:08

"General Atomics" şirkəti pilotsuz uçan aparatlar üçün lazer peyk rabitə sistemini sınaqdan keçirib. Sistem "MQ-9 Reaper" zərbə dronu üçün hazırlanıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, lazer peyk rabitə sistemləri məlumatların Yerdən orbitə və havada olan müəyyən obyektə göndərilmə sürətini xeyli artırmağa imkan verir. Bundan başqa, belə sistemlər siqnalın ələ keçirilmə ehtimalını azaldır.

Bildirilir ki, 2007-ci ildə ABŞ ordusunda silahlanmaya qəbul edilən "MQ-9B Reaper" pilotsuz uçuş aparatı əvvəllər kəşfiyyat və yerüstü hədəflərə raket zərbələrinin endirilməsi üçün istifadə olunub. 680 kiloqram çəkiyə malik raket və bomba daşıyan aparatın maksimal sürəti 482 km/saat təşkil edir.

Sistem hazırda orbitdə olan "LCT135" terminalı bazasında yaradılacaq. O, 1,8 giqabit/saniyə sürətində məlumat mübadiləsini dəstəkləyir, eləcə də informasiyanın 80 km məsafəyə ötürülməsini təmin edir.

Sistemin sınaqları Atlantik okeanda yerləşən Tenerife adasında keçirilib. Testin məqsədi həllin informasiyanı orbitdə olan peykdən pilotsuz uçuş aparatına ötürülməsinin yoxlanılması olub. Digər məlumatlar açıqlanmır.

Milli.Az


Etiketlər:  Dronlar üçün lazer peyk rabitə sistemi sınaqdan keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ