Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 12:58
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsində bir idarə və bir şöbəni ləğv edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, nazir bu barədə ötən ilin dekabr ayında əmr imzalayıb. Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqat Şöbəsi xidmətin optimallaşdırılması və daxili işlər orqanlarında aparılan tədbirlər çərçivəsində ləğv edilib.
Adıçəkilən iki strukturun əməkdaşları sərəncama götürülüb, daha sonra isə həmin əməkdaşlar BPİ-nin Cinayət Axtarış İdarəsinə və digər İdarələrdə müvafiq vəzifələrə təyin ediliblər.
Hazırda Narkotiklərlə Mübarizə İdarəsinin və Daxili Təhqiqat Şöbəsinin səlahiyyətində olan işləri paytaxtın rayon polis idarələrinin eyni adlı şöbələri yerinə yetirir.