Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 17:30
ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı müğənni Nadir Qafarzadə olub.
Mill.Az bildirir ki, müğənni həyat yoldaşını qaçırtmağından danışıb:
"1993-cü ildə toyum mağarda olub. Mən bütün toy tədarükümü özüm görmüşəm, hətta dəvətnaməyə kimi özüm paylamışam. Adətən dəvətnaməni bəy paylamır, amma kimsəmiz yox idi. Evdə ata yox idi deyə, ən böyük, başıpapaqlı mən idim. Nişanlımı qaçırtdım. Ailədə çox idik, anam yaşlanmışdı, qayınatam isə çox inadkar adam idi. Bircə qızı var idi deyə, istəmirdi qızını kənd yerinə versin. Hər gün toyu gecikdirirdi, deyirdi ki, hələ hazır deyiləm, cehiz hazır deyil, filan-filan şeylər... Anam getdi qızın atasına dedi ki, ay Hacı, məni incitmə, axi mən yaşlı arvadam, qoy aparım gəlinimi.
Axırda anama dedim ki, sən narahat olma, 3 gün keçməz səni sevindirərəm. Getdim nişanlıma dedim ki, sən məni sevirsən? O dedi ki, əlbəttə. Dedim onda gedək. Nişanlım dedi ki, indi hazır deyiləm, amma sabah hazırlaşaram. Getdim evdən götürdüm onu, yüngül əşyaları olan çamadanları ilə şəhərə apardım. Sonra qızı xalamgildən toyla, vağzalı ilə apardım. Mağarda vur çatlasın, çal oynasın oldu. Toyda da dava düşdü. Gəlinin 40-ı çıxdıqdan sonra, getdik qayınatamgilin qapısına. Ondan sonra cehiz də, mebel də verdilər".