Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 19:52
2019-cu ildə Azərbaycanda 1 milyon 378,9 min ton dizel yanacağı, 1 milyon 360,0 min ton avtomobil benzini istehlak edilib.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, qeyd olunan müddət ərzində ölkədə 386,4 min ton aviasiya üçün ağ neft, 242,3 min ton neft bitumu, 233,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 171,8 min ton maye qaz, 54,9 min ton sürtkü yağları istehlak edilib.
Ölkədə əmtəəlik təbii qaz ehtiyatları 26,8 milyard kub metr olub, onun 91,4 faizi hasilatın, 8,6 faizi ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.
Ehtiyatların 42,7 faizi ölkə daxilində istehlak edilib, 45,5 faizi ixrac olunub, 2,7 faizi itkiyə gedib, 9,1 faizi 2020-ci ilin yanvar ayının 1-i vəziyyətinə ehtiyat kimi qalıb.