Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Avropadan gələn gəmiləri karantinə yerləşdirəcək

ABŞ Avropadan gələn gəmiləri karantinə yerləşdirəcək

Tarix: 4 Mart 2020 08:50

ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanmasının Avropa limanlarından hər hansı birində olmuş gəmilərini növbəti limana daxil olmamışdan əvvəl iki həftəlik karantinə yerləşdirəcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələri koronavirus ilə əlaqədar narahatçılıq səbəbiylə Sakit okeanda dayanacaq edən bütün gəmilərə karantin tətbiq etməyə qərar verib. Beləliklə, Sakit Okean regionunda olan ABŞ Hərbi Dəniz Qüvvələrinin bütün gəmiləri dənizçilərin koronavirus simptomlarının mümkün təzahürünü izləmək üçün 14 gün ərzində dənizdə qalmalıdırlar.

ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanması əsasən Aralıq dənizində mövqe tutub, onun qərargahı Neapoldadır. Lakin bu birləşmənin gəmiləri müntəzəm olaraq Qara və Baltik dənizlərinə, eləcə də Avropanın şimalına reydlər edir.


Etiketlər:  ABŞ Avropadan gələn gəmiləri karantinə yerləşdirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ