Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 15:10
ATV telekanalında verilişin prodüseri mənə zəng edib deyir ki, "Aparıcı xanım deyir ki, getsinlər filan yerdə yetimlər üçün konsert versinlər, sonra səhərisi gün gəlsinlər mənim efirimə.
Sonxeber.net xəbər verir ki, Əməkdar artist Cavanşir Məmmədovun bu açıqlaması "Hər şey daxil"in aparıcını və digər qonaqlarını təəccübləndirib.
Sənətçi adını açıqlamadığı aparıcının onu efirə çıxartmaq üçün qarşısına şərt qoyduğunu iddia edib:
"Mənim qarşıma şərt qoyur o?! Mən konsert verəndə o, hələ efirdə yox idi, heç aparıcı da deyildi. Ay aparıcı, sən 3 ay, 5 ay getdin, yoxa çıxdın. Biz Azərbaycan mədəniyyət, ifaçılıq tarixində qalan adamlarıq. Sənin hansı haqqın-hüququn var ki, mənlə elə danışırsan? Sən deyə bilərsən ki, "Sabah gəl mənim efirimə". Orada da qulağıma pıçıldaya bilərsən ki, "Cavanşir müəllim, vaxtınız olsa gələn həftə Firuzə xanımla gedin filan yerə baş çəkin". Axı biz baş çəkə-çəkə saç, saqqalımızı ağartmışıq. Sənin hansı hüququn var ki, onu məndən tələb edəsən".
Məhəmməd Vaqif