Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 21:24
Avstraliyanın Associated Press (AAP) milli xəbər agentliyi 85 illik fəaliyyətdən sonra bağlanır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, agentliyin baş redaktoru Tony Gillies "Twitter"də yaydığı açıqlamada agentliyin bağlanmasını "ən üzücü gün" olaraq dəyərləndirib. AAP-ın baş icraçı direktoru Bruce Davidson prosesin iyun ayının sonunda başa çatacağını qeyd edib.
Agentliyin ölkənin bütün əyalətlərində 170-dən çox işçisi, eləcə də Yeni Zelandiya, London və Los-Ancelesdə müxbirləri vardı. AAP, News Corp. media qrupunun banisi Rupert Murdochun atası Keith Murdoch tərəfindən 1935-ci ildə qurulmuşdu.