Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı Rusiya vətəndaşlığı almaq üçün bu yola əl atdı

Azərbaycanlı Rusiya vətəndaşlığı almaq üçün bu yola əl atdı

Tarix: 4 Mart 2020 21:30

Rusiyanın Amur vilayətində yerli qadın azərbaycanlı ilə nikah bağlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onların nikahının saxta olduğu üzə çıxıb.

Belə ki, Azərbaycan vətəndaşı Rusiya Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsinə müvəqqəti yaşayış icazəsi üçün müraciət edib.

O, yerli qadınla nikah bağlamaq müqabilində Rusiya ərazisində üç illik yaşamaq icazəsi alıb.

Araşdırma zamanı Azərbaycan vətəndaşının rus qadınla bağladığı nikahın saxta olduğu məlum olub. Onlar birgə yaşamayıb, ümumi təsərrüfata sahib olmayıblar.

Onların nikahı Rusiya Federasiyasının Ailə məcəlləsinin 27-ci bəndini pozmaqla bağlanıb.

Vilayət prokuroru məhkəməyə müraciət edərək, nikahın saxta hesab olunmasını istəyib.

Məhkəmə onun müraciətini təmin edib.


Etiketlər:  Azərbaycanlı Rusiya vətəndaşlığı almaq üçün yola atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ