Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın zənginləşdirilmiş uran ehtiyatı bir tona çatıb

İranın zənginləşdirilmiş uran ehtiyatı bir tona çatıb

Tarix: 4 Mart 2020 21:52

İran nüvə anlaşmasından (Hərtərəfli Birgə Fəaliyyət Planı) tədricən çıxması ilə bağlı tempi artırıb və bu ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının həcmi 1020 kiloqrama çatıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) verib. Almaniyanın dpa agentliyinin əldə etdiyi məlumata əsasən, İranda uran ehtiyatı ötən ilin BAEA-nın hesabatı ilə müqayisədə üç dəfə artıb.

Bundan başqa, Tehran BAEA müfəttişlərinin iki nüvə məntəqəsində yoxlama aparmasına icazə verməyib. BAEA rəhbəri Rafael Qrossi İranı nüvə agentliyi ilə əməkdaşlığı tam şəkildə bərpa etməyə çağırıb.


Etiketlər:  İranın zənginləşdirilmiş uran ehtiyatı tona çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ