Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 09:50
"Qrupumuz yaxşıdır. Birinci yer üçün çalışacağıq. Çünki birinci olan komanda yarışın final mərhələsində mübarizə aparacaq və daha yüksək liqaya vəsiqə qazanacaq. Sonuncu pillənin sahibi isə aşağı liqaya düşəcək".
Qol.az xəbər verir ki, bu sözləri Kipr Futbol Assosiasiyasının vitse-prezidenti Mixalis Pekris Azərbaycan millisinin də yer aldığı UEFA Millətlər Liqasındakı rəqibləri barədə ölkəsinin mətbuatına danışarkən deyib.
O bildirib ki, C liqasında keçirəcəkləri matçların hamısına final oyunu kimi çıxacaqlar: "Futbolçular meydanda mübarizə aparacaqlar. Yeni bir başlanğıc var. Ən yaxşı nəticəyə nail olmaq üçün yenidən təşəbbüs göstərilib. Federasiyanın gördüyü və görəcəyi tədbirlərlə səviyyəni yüksəldəcəyik. Ən əsası, futbol oynamaqdır".