Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ter Ştegen ''Yuventus''a keçə bilər

Ter Ştegen ''Yuventus''a keçə bilər

Tarix: 5 Mart 2020 19:54

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “Yuventus”a keçə bilər.

Qol.az xəbər verir ki, bu haqda nüfuzlu “Football Italia” nəşri məlumat yayıb. Turin klubunun yayda almaniya qolkiperi heyətinə qatmağı planlaşdırdığı bildirilir. Ter Ştegenin bəzi komanda yoldaşları ilə yola getmədiyi üçün “Barselona”dan ayrılmağa müsbət yanaşdığı iddia edilir.

Qeyd edək ki, 2014-cü ildən Kataloniya klubunda çıxış edən 27 yaşlı qapıçı bu mövsüm La Liqada 25 oyuna çıxış və qapısından 20 qol buraxıb.

 


Etiketlər:  Ştegen Yuventusa keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ