Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gədəbəydə ov tüfəngi, tapança, patronlar və avtomat daraqları aşkarlanıb - FOTO

Gədəbəydə ov tüfəngi, tapança, patronlar və avtomat daraqları aşkarlanıb - FOTO

Tarix: 5 Mart 2020 22:16

Martın 5-də saat 10:58-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gədəbəy rayonunda "Dərman bulağı" adlanan ərazidə içərisində döyüş sursatı və ov silahı güman olunan kisənin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Sonxeber.net-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Gədəbəy Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd "HALİFAX" markalı ov tüfəngi, bir ədəd "İJ SPL" markalı tapança, 151 ədəd müxtəlif çaplı patron və iki ədəd avtomat darağı aşkarlanıb. Tüfəng və tapança ballistik və trasoloji ekspertiza üçün Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. Hərbi təyinatlı əşyalar isə zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların tapıldığı yerin ətrafında 400 kvadratmetr əraziyə yerüstü və yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Etiketlər:  Gədəbəydə tüfəngi tapança patronlar avtomat daraqları aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ