Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus mutasiyaya uğradı - İki alt tipə bölündü

Koronavirus mutasiyaya uğradı -  İki alt tipə bölündü

Tarix: 5 Mart 2020 23:27

Çin tədqiqatçıları koronavirusun mutasiyaya uğradığını və hazırda ən az 2 alt-tipinin yayılmaqda olduğunu açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Pekin Universitetinin Həyat Elmləri fakultəsi və Çin Elmlər Akademiyasının nəzdindəki Şanxay İnstitutunun tədqiqatçıları açıqlama yayıb.
Virusun insanlara keçdikdən sonra "L" və "S" tipləri olmaqla 2 alt-tipə mutasiya edərək yayıldığı məlum olub.

Tədqiqatçılara görə, iki alt-tipin arasında daha təhlükəli və yolxucu olanı L-tipidir. Bununla belə 3-cü alt-tipin də istisna olmadığı və virusun təkamülünün öyrənilməsi üçün daha çox tədqiqata ehtiyac olduğu vurğulanıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 95000-i keçib.

Milli.Az


Etiketlər:  Koronavirus mutasiyaya uğradı İki alt tipə bölündü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ