Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Koreya tibbi maskaların ixracına qadağa qoyur

Cənubi Koreya tibbi maskaların ixracına qadağa qoyur

Tarix: 6 Mart 2020 00:46

Cənubi Koreya hökuməti ölkədə yeni tip koronavirusun (COVID-19) sürətlə yayılması şəraitində kəskin tədarük çatışmazlığını həll etmək üçün əhaliyə tibbi maskalar paylamağı və maska ixracını qadağan etməyi planlaşdırır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu ölkənin Baş Naziri Çunq Sye-kyun hökumətin fövqəladə iclasında deyib. Baş Nazir bildirib ki, ilkin olaraq maskalar tibb işçilərinə, karantin zonasındakı camaata paylanılacaq. Qalan hissə isə bərabər bölgü əsasında əhaliyə veriləcək.

Qeyd edək ki, Cənubi Koreya ötən həftədən tibbi maska ixracına istehsalın yalnız 10 faizi həcmində məhdudiyyət tətbiq etməyə başlayıb. Bütün bunlara baxmayaraq, Cənubi Koreyada maska çatışmazlığı müşahidə olunur. İnsanlar maska əldə etmək üçün saatlarla növbədə dayanmalı olurlar.
Son məlumata əsasən, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 5766, ölənlərin sayı isə 38 nəfərə çatıb. Ölkədə virusa yoluxanların təxminən 60 faizi Şinçonci dini sektasının Dequ şəhərindəki məbədi ilə bağlıdır. Hökumət virusun ən çox yayıldığı Dequ və Çenqdo şəhərləri ilə yanaşı, Kyonsan şəhərini də xüsusi zona elan edib.


Etiketlər:  Cənubi Koreya tibbi maskaların ixracına qadağa qoyur


RƏYLƏR