Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 07:08
Almaniyada təhlükəli qrip epidemiyası yayılmağa başlayıb və virusun yayılması xeyli sayda insanların ölməsi ilə nəticələnib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yayılan virus təkcə bu ölkədə 202 nəfərin ölümünə səbəb olub və ölənlərin 87 faizi yaşı altmışdan yuxarı olanlardır.
Qeyd edək ki, ümumilikdə laboratoriya şəraitində təsdiq olunmuş virusa yoluxanların sayı 119.280 nəfərdir. Əslində adı çəkilən epidemiyaya yoluxanların ümumi sayının daha artıq olduğu ehtimal edilir, çünki yuxarıda qeyd edilən rəqəm yalnız xəstəxanaya müraciət etmiş xəstələrin qeydiyyatı əsasında müəyyənləşdirilib. Uşaq bağçalarında, xəstəxanalarda virusun yayılma riski daha yüksək olduğu bildirilir. Robert Koch Elmi Tədqiqat İnstitutu adı çəkilən qrip virusunun ilk dəfə keçən ilin payızında Almaniyada müşahidə olunduğunu bildirib və son bir neçə həftədə virusa yoluxanların sayının kəskin artdığı bildirilir.
Qripə yoluxanlar bu xəstəliyi o qədər ağır keçirirlər ki, onların 17 faizi bununla əlaqədar xəstəxanaya müraciət edirlər və son bir həftədə 18.862 nəfərin adı çəkilən virusa yoluxduğu rəsmi olaraq təsdiq olunub.