Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fələstində 7 nəfərdə yeni koronavirus aşkar edilib

Fələstində 7 nəfərdə yeni koronavirus aşkar edilib

Tarix: 6 Mart 2020 08:28

Fələstində 7 nəfərdə yeni növ COVİD-19 koronavirusu aşkar edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Fələstinin səhiyyə naziri May əl-Kila deyib.

Nazir bildirib: "Səhiyyə Nazirliyinin əməkdaşları fevralın 23-dən 27-dək Fələstin ərazilərinə səfər edən Yunanıstan nümayəndə heyətinin qaldığı Betlehəmdəki oteldə 20 nəfərdən laboratoriya nümunələri götürüb. Analiz 7 vətəndaşda müsbət nəticə verib".

Nazir vətəndaşları xəstəliyin qarşısının alınması ilə bağlı Səhiyyə Nazirliyinin bütün göstərişlərinə əməl etməyə çağırıb.

Qeyd edək ki, Çin hökuməti ötən ilin dekabr ayının 31-i Ümumdünya Səhiyyə Təşkilatını Uxan şəhərində naməlum xəstəlik barədə məlumatlandırıblar. Mütəxəssislər xəstəliyin yeni koronavirus olduğunu müəyyən ediblər. ÜST xəstəliyin beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi qəbul edib və xəstəliyə COVID-19 adı verib.


Etiketlər:  Fələstində nəfərdə yeni koronavirus aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ