Tarix: 6 Mart 2020 09:56
İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Qol.az xəbər verir ki, ikinci yarımfinal görüşü “Qranada” ilə “Atletik” arasında olub. Səfərdə minimal hesabla uduzan “Qranada” doğma meydanda qələbə qazansa da, növbəti mərhələyə yüksələn səfər qoluna görə “Atletik” olub.
Beləliklə, aprelin 18-də keçiriləcək final qarşılaşmasında “Real Sosyedad”la “Atletik” üz-üzə gələcək.
5 mart
İspaniya kuboku
Yarımfinalın cavab oyunları
"Qranada" – "Atletik" - 2:1
İlk oyun - 0:1
Qol: C.Fernandes, 48 (1:0), Q.Sançes, 76 (2:0), Berçiçe, 81 (2:1)
4 mart
"Mirandes" –
"Real Sosyedad" - 0:1
İlk oyun -1:2