Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qol sevincini qucaqlaşaraq qeyd etmək qadağan olundu

Qol sevincini qucaqlaşaraq qeyd etmək qadağan olundu

Tarix: 6 Mart 2020 18:26

Fransanın "Marsel" klubu koronavirusa görə futbolçulara bir sıra qadağalar qoyub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında komandanın hücumçusu Valer Jermen deyib.

Onun sözlərinə görə, futbolçuların bir-biri ilə əl sıxmasına və qucaqlaşmasına qadağa qoyulub: "Klubun həkimləri bizə əllə görüşməməyi, yaxından ünsiyyət qurmamağı və qol sevincindən sonra qucaqlaşmamağı tapşırıb. Bu gün "Amien"lə oyunda qol vursaq, uzaq məsafədən sevincimizi qeyd etməyin yolunu tapmalıyıq".

Qeyd edək ki, Ande Villaş Boaşın komandası hazırda çempionatda 55 xalla 2-ci pillədə qərarlaşıb.


Etiketlər:  sevincini qucaqlaşaraq qeyd etmək qadağan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ