Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 07:36
Fransanın "Strasbur" və "Pari Sen-Jermen" komandaları arasında futbol üzrə ölkə çempionatının 28-ci turunun matçı yeni növ koronavirus infeksiyasının ölkədə yayılması ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə liqanın mətbuat xidməti xəbər yayıb.
Görüş martın 7-də baş tutmalı idi.
Turnir cədvəlində "PSJ" 68 xal toplayaraq birinci yeri tutur. "Strasbur" 38 xalla onuncu pillədə qərarlaşıb.