Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Argentinanın milli günü qeyd olunub

Bakıda Argentinanın milli günü qeyd olunub

Tarix: 24 May 2019 22:06

Bakı. Trend:

24 May tarixində Azərbaycandakı Argentina Səfirliyi İlk Milli Hökümətin 209-cu ildönümü münasibətiylə rəsmi dəvət keçirib.

Trend Argentinanın Azərbaycandaki səfərliyə istinadən xəbər verir ki, Argenitinan;nHər iki ölkənin dövlət himni səsləndikdən sonra Argentinanın Azərbaycana yeni təyin olunmuş səfiri, cənab Serxio Perez Gunella çıxış edib və iki ölkə arasında olan əlaqələri dərinləşdirmək üçün böyük potensialın mövcudluğunu xüsusi qeyd edib.

Səfir çıxışının sonunda sözü Azərbaycanın Xarici İşlər Nazirinin xüsusi tapşırıqlar üzrə səfiri, cənab Fərid Abdinbəyova verib. Öz novbəsində, cənab Abdinbəyov Azərbaycan hökuməti adından Argentina xalqını Milli Bayramı münasibətiylə təbrik edib.

Tədbirdə Azərbaycanda akreditasiya olunmuş xarici ölkə səfirləri, yerli Hökümət işçiləri, şirkət nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.

Ziyafətdə həmçinin yerli rəqqaslar tərəfindən tanqo şousu nümayiş olunub və Argentinanın milli mətbəxinin təamları qonaqlara təqdim olunub.

Aşağıda sizə Argentina Səfirinin çıxışını hər iki versiyada təqdim edirik: ingilis və Azərbaycan dillərində.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Argentinanın milli günü qeyd olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ