Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı gimnast: “AGF Junior Trophy” turniri bizim üçün Avropa çempionatına hazırlıq məqsədi daşıyır''

Azərbaycanlı gimnast: “AGF Junior Trophy” turniri bizim üçün Avropa çempionatına hazırlıq məqsədi daşıyır''

Tarix: 7 Mart 2020 17:30

Kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" beynəlxalq turniri bizim üçün bu ilin mayında Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə azərbaycanlı gimnast Ağakazım Rüstəmov deyib.

O bildirib ki, bu turnir sayəsində təcrübə qazanırlar:

"Biz öz çıxışlarımızı təhlil edir, proqramımızı təkmilləşdiririk. Yarışa hazırlıq ciddi şəkildə davam edib, gün ərzində iki dəfə məşq edirdik. Avropa çempionatına daha ciddi səylə hazırlaşacağıq ki, daha yaxşı nəticələr göstərək və azarkeşləri sevindirək".

A.Rüstəmov əlavə edib ki, doğma ölkədə keçirilən turnirdə çıxış edərkən böyük məsuliyyət hiss edir.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.

Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.

Yarışda həmçinin azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.


Etiketlər:  Azərbaycanlı gimnast Junior Trophy turniri bizim üçün Avropa çempionatına hazırlıq məqsədi daşıyır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ