Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mənsum Səfərov ''AGF Junior Trophy'' beynəlxalq turnirində daha bir medal qazanıb

Mənsum Səfərov ''AGF Junior Trophy'' beynəlxalq turnirində daha bir medal qazanıb

Tarix: 8 Mart 2020 13:42

Azərbacan gimanstı Mənsum Səfərov kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin finalında halqalarla hərəkətlərdə 12.550 balla ikinci yeri tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, birinci yeri ukraynalı idmançı Vladimir Kostyuk (13.000 bal), üçüncü yeri isə Türkiyə təmsilçisi Kərəm Şener (12.500 bal) tutublar.

Digər Azərbaycan gimnastı Ramin Dəmirov 12.250 bal toplayaraq 6-cı yerəd qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Milli.Az


Etiketlər:  Mənsum Səfərov Junior Trophy beynəlxalq turnirində daha medal qazanıb


RƏYLƏR