Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 18:52
Özlərini feminist adlandıran bir qrup qadının şəhərin mərkəzində, əhalinin istirahət etdiyi, çoxsaylı iaşə və ticarət mərkəzlərinin olduğu ərazidə belə bir yürüş keçirməyə cəhd göstərmələri tamamilə qanunsuz hərəkət idi.
Bunu Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
E.Zahidov bildirib ki, aksiya keçirmək üçün uyğun yer təklif edilsə də, onlar qəsdən həmin yerdən imtina edərək Fəvvarələr Meydanını seçiblər:
"Ona görə də asayiş keşikçiləri bu aksiyanı keçirməyə cəhd edənləri ərazidən uzaqlaşdırdı və bununla da ictimai asayişin pozulmasına imkan vermədi. Hətta, Fəvvarələr Meydanında bayramla əlaqədar istirahət edən, ticarət obyektlərində alış-verişə gələn insanlar da qanunsuz aksiyanın iştirakçılarına öz kəskin etirazlarını bildirirdilər.
Aksiyanın qarşısı alınarkən bir neçə nəfər saxlanıldı və izahedici söhbətlərdən sonra xəbərdarlıq edilərək sərbəst buraxıldılar".
Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, saxlanılanlar arasında qadınlar olmayıb.