Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 19:44
"Son turlar "Səbail" inamlı çıxış edirdi. Biz isə 4 turdur qələbə qazana bilmirdik".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə "Səbail"lə oyundan sonra mətbuat konfransında deyib.
O, 3:1 hesablı qələbəni belə şərh edib: "Oyuna yaxşı başladıq, amma sonra təşəbbüsü əldən verdik. Fasilədən sonra yenidən oyunda əlaqələri qaydasına saldıq və qələbə qazana bildik".
Z.Həşimov oyuna sonradan daxil olaraq qol vuran Şafik Tiqrudjaya qış fasiləsindən sonra az şans verməsindən danışıb. O, fransalı yarımmüdafiəçi ilə heç bir probleminin olmadığını bildirib: "Sadəcə, uzun müddətdir zədəli idi, sağaldı, amma yenidən xəsarət aldı. İndi tədricən sıraya dönür".