Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik A Seriyasının dayandırılmasını tələb etdi

Nazirlik A Seriyasının dayandırılmasını tələb etdi

Tarix: 8 Mart 2020 19:46

İtaliya İdman Nazirliyi futbol üzrə ölkə çempionatının dərhal dayandırılmasını tələb edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sport İtalia" məumat yayıb. Ölkədə yayılan koronavirus epidemiyasına görə nazirlik bu tələbi edib.

Bu səbəbdən A seriyasının 26-cı turunun bu gün Bakı vaxtı ilə saat 15:30-da başlamalı olan "Parma" - SPAL oyununda futbolçular meydana çıxandan sonra yenidən soyunub-geyinmə otağına qayıdıblar.

Lakin görüş Bakı vaxtı ilə saat 16:45-də yenidən başlayıb. Hazırda matçın 2-ci hissəsi gedir. Nazirliyin tələbinə baxmayaraq, turun digər iki oyunu da başlayıb.

İtaliya Futbol Federasiyasının martın 10-da növbədənkənar iclas keçirəcəyi və A Seriyasının dayandırılıb-dayandırılmaması haqda qərar verəcəyi bildirilir.

Xatırladaq ki, koronavirus epidemiyasına görə İtaliyada aprelin 3-dək bütün idman yarışları azarkeşsiz keçiriləcək.


Etiketlər:  Nazirlik Seriyasının dayandırılmasını tələb etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ