Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tim Cook: Çindəki Apple mağazalarının 80 faizini açdıq

Tim Cook: Çindəki Apple mağazalarının 80 faizini açdıq

Tarix: 8 Mart 2020 21:12

Apple şirkətinin direktoru Tim Cook koronovirus epidemiyasını yaxından izlədiklərini və Çində bağlanan mağazaların 80 faizinin yenidən açıldığını bildirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Çinin Uhan şəhərində koronavirusun yayılmasına görə çətin vəziyyətdə olan Apple ölkə daxilindəki bütün mağazalarını bağlamışdı. Ancaq yeni bir açıqlama verən şirkətin baş direktoru Tim Cook qapalı mağazaların 80 faizinin yenidən açıldığını bildirib.

Apple-ın təchizatçıları arasında Cənubi Koreyanın Samsung və LG ekran istehsalçıları da var. Şirkət, həmçinin İtaliyanın STMicroelectronics şirkətinə məxsus müxtəlif çiplərindən istifadə edir. Koronavirusun bu ölkələrə sıçraması Apple-a tədarük problemləri yarada bilər.

Milli.Az


Etiketlər:  Cook Çindəki Apple mağazalarının faizini açdıq


RƏYLƏR