Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 23:28
Google Play Store-un koronavirusla bağlı tətbiqləri gizləməyə başladığı ilə bağlı xəbər yayılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Play Store-da "koronavirus" ya da "COVID-19" açar sözlərilə həyata keçirilən axtarışlar nəticəsiz qalır. Bu axtarışlarda yalnız kitablar görünür.
Ancaq axtarış ortada defis olmadan, "COVID19" şəklində aparıldıqda tətbiqləri tapmaq mümkündür.
İstifadəçilər dünənə qədər belə problemlə qarşılaşmadıqlarını bildirirlər.
Google Play Store-un bu addımı atmasına səbəb insanlar arasında virus ilə bağlı yanlış məlumatların yayılmasının qarşısını almağa çalışmaq ola bilər. Ancaq şirkətdən bu barədə hansısa açıqlama verilməyib. Yəni bunun sadəcə sistem xətası olması da mümkündür.