Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 08:50
İndian-Uelsdə (ABŞ, Kaliforniya) martın 9-da keçirilməli olan nüfuzlu tennis turniri koronavirus səbəbindən təxirə salınıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti bildirib.
"Biz turnirin baş tutmayacağından çox məyus oluruq, lakin yerli ictimaiyyətin, azarkeşlərin, oyunçuların və bu tədbirlə bağlı olanların sağlamlığı və təhlükəsizliyi birinci dərəcəli əhəmiyyətə malikdir", - turnirin direktoru Tommi Xaas deyib.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 18,5 milyon dollar təşkil etməli idi.